Modern.az

Elşad Abdullayev yeni vəzifəyə təyin olunub

Elşad Abdullayev yeni vəzifəyə təyin olunub

Təhsil

25 May 2013, 09:57

Fəaliyyəti dayanmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayev yeni vəzifə alıb. Modern.az-a məlumat verən E.Abdullayev bildirib ki, «Qərb və Şərq» Demokratiya, İnkişaf, Dialoq Akademiyası    17 may 2013 iltarixində onunla bağlı  sərəncam imzalayıb. Sərəncamda deyilir:
1. Professor Dr.Elşad Abdullayev “Qərb və Şərq“ Demokratiya, İnkişaf, Dialoq Akademiyasının Beynəlxalq Əlaqələr və İnsan Hüquqlarının mühafizə olunması üzrə vitse-prezidenti vəzifəsinə təyin edilsin.

2. “Qərb və Şərq» Demokratiya, İnkişaf, DialoqAkademiyası hüquq doktoru Elşad Abdullayev hüquqi vətəndaş cəmiyyətinin, insan hüquqlarının mühafizə oluması, hüquq elminin inkişafı sahəsindəki fəaliyyətinə və müasir Beynəlxalq Universitetin yaranmasındakı müvəffəqiyyətinə görə “Doktor-professor” diplomu ilə təltif olunsun.
Sərəncamı akademiyanın prezidenti  dr.J.Bunge imzalayıb.  

Modern.az
Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama