Modern.az

Naxçıvanın Türkiyə ilə sərhədi açıldı

Naxçıvanın Türkiyə ilə sərhədi açıldı

Ölkə

1 Fevral 2023, 15:24

Naxçıvan Muxtar Respublikası ilə Türkiyə arasında sərhədlər açılıb.

 

Modern.az xəbər verir ki, bu gündən etibarən Sədərək Gömrük Sərhəd-Buraxılış Məntəqəsindən Türkiyəyə keçməyə icazə verilib. Hazırda sərhəddən yalnız şəxsi avtomobillərlə keçmək mümkündür.

 

Məlumata görə, Türkiyəyə Naxçıvan sakinləri buraxılır, digər regionlarda qeydiyyatda olan vətəndaşların Naxçıvandan Türkiyəyə keçməsinə icazə verilmir. 

 

Hələlik Türkiyə sərhədini avtobuslarla keçmək mümkün deyil. 

 

Qeyd edək ki, Naxçıvan-Türkiyə sərhədi ötən il bağlanmışdı.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı azərbaycanlıları bu təhlükə gözləyir - Kritik çağırış