Modern.az

Dövlət Agentliyində yeni TƏYİNAT

Dövlət Agentliyində yeni TƏYİNAT

Media

1 Fevral 2023, 16:10

Günel Əhmədova Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinə ictimaiyyətlə əlaqələr üzrə menecer təyin olunub.

 

Modern.az xəbər verir ki, Günel Əhmədova 1999-2005-ci illərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində bakalavr və magistr dərəcəsi üzrə təhsil alıb.

 

O, 2011-2012-ci illərdə London şəhərində yerləşən Vestminster Universitetinin (University of Westminster) Beynəlxalq əlaqələr və qlobal dəyişiklik üzrə magistr dərəcəsini əldə edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır