Modern.az

Əfalatun Amaşov: “Bunu mənim adımdan eşitmək nə qədər vacibdir?

Əfalatun Amaşov: “Bunu mənim adımdan eşitmək nə qədər vacibdir?

Media

25 May 2013, 12:10

Mətbuat Şurasının jurnalistlər üçün tikilən binadakı mənzillərin bölüşdürülməsi meyarlarını açıqlaması birmənalı qarşılanmadı. Şuranın yaydığı bəyanatda jurnalistin ən azı 10 il stajı olması, eyni zamanda 3 il davamlı olaraq fəaliyyət göstərən redaksiyada işləyən olması qeyd edilir. Ciddi müzakirələrə səbəb olan meyarlarla razılaşanlar da  var, razılaşmayanlar da.
Bəs meyarlar açıqlanandan sonra bununla bağlı redaksiyalardan Mətbuat Şurasına müraciət daxil olub?

Mətbuat Şurasının sədri Əflatun Amaşov  Modern.az-a açıqlamasında bildirib ki, binadan hansı jurnalistlərin ev alması ilə bağlı kriteriyalar təzə açıqlandığından onlara hələ müraciət edən yoxdur.

“Sırağagün bu məlumat yayıldı, gələn həftə çox gümanki müraciət daxil olacaq”.

Bəzi məlumatlara görə, jurnalistlər üçün tikilən binadan əvvəlcə radio və televiziyada çalışanlara da mənzil vermək nəzərdə tutulurmuş, amma son anda bundan imtina edilib.

Ə.Amaşov bununla bağlı sualımıza cavabında deyib ki, bütün informasiyalar MŞ-nın yaydığı məlumatda qeyd edilib.
“Orada televiziyaların adı varsa var, yoxdursa yox. Bunu mənim adımdan eşitmək nə qədər vacibdir?”.

Xatırladaq ki, Mətbuat Şurasının məlumatında qeyd olunub:

”Son 3 ildə mütəmadi olaraq yayımlanan KİV (qəzet, jurnal, informasiya agentliyi və internet xəbər portalı) həmin redaksiyada  3 il fəaliyyət göstərmiş və ümumilikdə 10 il jurnalistlik təcrübəsinə malik əməkdaşlarının adlarını namizəd kimi irəli sürə bilər.

Gündəlik qəzetlər və informasiya agentlikləri 3-dək, həftəlik qəzetlər, jurnallar və xəbər portalları 1 namizəd müəyyənləşdirə bilər”.

Aytən ƏLİYEVA

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi