Modern.az

Cənazə maşını aşdı, 16 nəfər xəsarət aldı

Cənazə maşını aşdı, 16 nəfər xəsarət aldı

1 Fevral 2023, 21:05

Türkiyənin Kastamonu vilayətində cənazə daşıyan maşın qəzaya düşüb.

 

Modern.az xəbər verir ki, hadisə vaxtı maşında dəfnə aparılan cənazə, dünyasını dəyişən şəxsin 14 nəfər qohumu, sürücü və bir bələdiyyə işçisi olub.

 

Qəza zamanı onlar xəsarət alıblar. Yaralıların xəstəxanaya çatdırılması üçün hadisə yerinə təcili tibbi yardım maşınları çağırılıb. Qəzada yaralanan iki nəfərin vəziyyətinin ağır olduğu bildirilir. 

 

Hadisə səbəbindən yolda nəqliyyatın hərəkəti müvəqqəti dayandırılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək