
Milli komandamızın futbolçusu Əfran İsmayılov
Modern.az-a açıqlamasında bildirib ki, “Qarabağ” mövsümü uğurlu keçirdi. “Çox təəssüf ki, çempion ola bilmədik. Onunda başlıca səbəbi çox vacib oyunlarda xal itirilməsi oldu. Biz “Turan”, “Kəpəz” və “Rəvan” klubları ilə oyunlarda vacib xallar itirdik. “Neftçi” isə bundan lazımınca istifadə edə bildi. Hər bir oyunda qalib gəldi sonda çempionluğu bayram etdi”. Bu gün mən “Bakı”nın futbolçusu olan Ə.İsmayılov “Qarabağ”la “Bakı”nı müqayisə edib: “Paytaxt klubu infrastruktur baxımından “Qarabağ”dan öndədir. Bu klubda oynamağa tam hazıram. Adaptasiya prosesinə gəldikdə isə, problem yoxdur. Çünki futbolçuların əksəriyyəti millidə oynayır. Onlar da bizim dostlarımız, qardaşlarımızdır. Adaptasiya prosesində problemin olmayacağını düşünürəm”. DÇ-2014 seçmə mərhələsi çərçivəsində Lüksenburqla keçiriləcək qarşılaşmadan danışan Ə.İsmayılov bu oyunun çətin, eyni zamanda maraqlı olacağını bildirib. “Bu oyunda meydana yalnız qələbə üçün çıxacağıq. Ən azı ona görə ki oyun doğma şəhərimizdə baş tutacaq. Burdan üzümü bütün tamaşaçılar tutub bizə dəstək olmaların xahiş edirəm. Ümidvaram ki, bu oyunda sevinən tərəf biz olacağıq“.
”Sizə görə mövsümün ən yadda qalan baş məşqçisi və futbolçusu kimdi” sualına Əfran İsmayılov belə cavab verib. “Hesab edirəm ki mövsümün ən yaxşı, ən yaddaqalan baş məşqçisi “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov oldu . Futbolçulardan isə Rəşad Sadıxovu deyərdim”.
Abbas Quliyev