Modern.az

Rusiya təkcə Ukraynadan deyil, Gürcüstandan da çıxmalıdır - Zurabişvili

Rusiya təkcə Ukraynadan deyil, Gürcüstandan da çıxmalıdır - Zurabişvili

1 Fevral 2023, 22:54

"Rusiya sərhədlərinin harada olduğunu öyrənməlidir".

 

Modern.az xəbər verir ki, bunu Gürcüstan Prezidenti Salome Zurabişvili "Bloomberg" agentliyinə müsahibəsində bildirib.

 

O qeyd edib ki, Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsinin diplomatik həllinə Abxaziya və Cənubi Osetiyadan rus qoşunlarının çıxarılması məsələsi də daxil edilməlidir.

 

“Gürcüstan məsələləri müzakirə edilməlidir, heç kim Rusiyanın bütün işğal olunmuş ərazilərdən geri çəkilmədən bu müharibənin həll edilə biləcəyini düşünməməlidir", - xanım Zurabişvili deyib. Onun sözlərinə görə, Rusiya müharibəni tam şəkildə olmasa da, artıq praktiki olaraq uduzub. 

 

"Əgər Qərb Rusiyadan işğalçı qoşunların tamamilə çıxarılmasını tələb etməsə, o zaman böyük səhvə yol verəcək - 2008 və 2014-cü illərdəki kimi", - Gürcüstan Prezidenti əlavə edib.

 

Akif İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Mövqelərimiz atəşə TUTULDU-4 hərbçi Ö*DÜ, 20-si yaralandı