Modern.az

Prezident İlham Əliyev Dağüstü parka gedib

Prezident İlham Əliyev Dağüstü parka gedib

Təhsil

25 May 2013, 13:05


Prezident İlham Əliyev mayın 25-də Bakıda Ağ Şəhər bulvarının təməlqoyma mərasimində iştirak edib.
Dövlət başçısı bulvarın layihəsini əks etdirən stendə baxıb. Azərbaycan Prezidentinə görüləcək işlər barədə ətraflı məlumat verilib.
Prezident İlham Əliyev Ağ Şəhər bulvarının təməlini qoyub.

***
Mayın 25-də Prezident İlham Əliyev Dağüstü parkda yenidənqurmadan sonra yaradılmış şəraitlə tanış olub.
Ölkə başçısına bildirilib ki, parkda müasir şəlalə kompleksi yaradılıb, işıqlandırma sistemi qurulub, istirahət üçün lazımi şərait təmin edilib.
Sonra Azərbaycan Prezidenti Dağüstü parkda tikilmiş İstiqlal Muzeyi ilə tanış olub.
İstiqlal Muzeyi dövlət başçısının 2011-ci il 2 avqust tarixli sərəncamı əsasında tikilib.
Prezident İlham Əliyev sonra Dağüstü parkdan Bakının mənzərəsini seyr edib.
Məlumat verilib ki, Dağüstü parkda inşa olunmuş 600 yerlik kafedə müştərilərə yüksək xidmət göstəriləcək. Binanın yuxarı mərtəbəsindən paytaxt Bakının və Xəzərin mənzərəsini müşahidə etmək mümkündür.
Dövlət başçısı kafedə yaradılmış şəraitlə maraqlanıb, binadan ətrafı seyr edib.

Modern.az  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama