Modern.az

Sabah şimşək çaxacaq, yağış yağacaq

Sabah şimşək çaxacaq, yağış yağacaq

Təhsil

25 May 2013, 13:32

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə,  mayın 26-da Bakı və Abşeron yarımadasında havanın buludlu olacağı, arabir tutulacağı proqnozlaşdırılır. Gecə və axşam saatlarında qısamüddətli yağış yağacağı gözlənilir, cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 14-18, gündüz isə 25-29 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında, əsasən, gecə şimşək çaxacaq, yağış yağacaq.

Havanın temperaturu gecə 13-18, gündüz 25-30, bəzi yerlərdə isə 32 dərəcə isti olacaq. Dağlarda gecə 7-12, gündüz 17-22, bəzi yerlərdə 25 dərəcə isti olacaq.

Mayın 27-28-də isə Bakıda və Azərbaycanın bəzi ərazilərində yağışlı hava şəraiti hökm sürəcək.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama