Modern.az

Ramil Usubov Baş İdarə və xidmət rəislərinə tapşırıqlar verib

Ramil Usubov Baş İdarə və xidmət rəislərinə tapşırıqlar verib

Təhsil

25 May 2013, 15:25


Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov polis orqanlarının fəaliyyəti ilə bağlı məsələlərlə əlaqədar mayın  25-də Göyçay rayonunda növbəti qəbul keçirib.

Rayon Polis Şöbəsində Göyçay, Ağsu, Qobustan, Şamaxı, İsmayıllı, Yevlax, Mingəçevir, Ucar, Kürdəmir, Ağdaş rayonlarında yaşayan sakinlərin, eyni zamanda, Xocalı və Ağdamdan olan məcburi köçkünlərin  bir qrupunu qəbul edən nazir vətəndaşları şəxsən dinləyib, onların operativ şəkildə, mövcud qanunvericiliyə uyğun olaraq həlli üçün qəbulda iştirak edən aidiyyatı Baş İdarə və xidmət rəislərinə konkret tapşırıqlar verib. DİN mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, daxili işlər naziri tərəfindən qəbul edilən  35 nəfərin müraciətlərinin böyük əksəriyyəti elə görüş zamanı öz həllini  tapıb. Polis fəaliyyətinə aid olmayan  ərizələrə baxılması üçün isə müvafiq dövlət qurumları qarşısında məsələ qaldırılacağı  və konkret tədbirlər görüləcəyi nəzərə çatdırılıb. Qəbulda iştirak edənlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlət məmurlarına yerlərdə vətəndaşlarla görüşmələri, müraciətlərinə, ərizə və şikayətlərinə operativ və xüsusi həssaslıqla yanaşmaları barədə məlum tapşırığının yüksək səviyyədə icrasına, onların problemlərinə hər zaman xüsusi diqqət və qayğı göstərilməsinə görə ölkə başçısına minnətdarlıqlarını  bildiriblər.  
Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama