Modern.az

Düşənbədə AXC yad olunub, “Qarabağ şikəstəsi” səslənib - FOTOLAR

Düşənbədə AXC yad olunub, “Qarabağ şikəstəsi” səslənib - FOTOLAR

Təhsil

25 May 2013, 22:48

Düşənbədə Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 95 illiyi ilə əlaqədar təşkil olunmuş bayram  ziyafətində Tacikistan Respublikasının dövlət və hökumət nümayəndələri, deputatlar, xarici diplomatik korpus və beynəlxalq təşkilatların rəhbərləri, elm-mədəniyyət xadimləri, KİV nümayəndələri, yerli diasporanın üzvləri, eləcə də Tacikistanın ictimaiyyətindən olan şəxslər iştirak ediblər.

Tədbir keçirilən  mehmanxananın foyesində Azərbaycanın  qədim  tarixi, bugünku inkişafı ilə bağlı kitablar və fotolar, ləcə də Azərbaycan, tacik, ingilis və rus dilindəki press-relizlər təqdim edilib. Azərbaycanın və Tacikistanın dövlət himnləri səsləndikdən sonra, Azərbaycan Respublikasının Tacikistandakı səfiri Abbasəli Həsənov Şərqdə ilk  Demokratik Respublikanın yaranması və fəaliyyəti haqqında danışıb, onun xalqımızın taleyində önəmli yer tutduğunu vurğulayıb.

Ziyafətdə ali qonaq qismində iştirak edən Tacikistan Respublikasının xarici işlər naziri Xamroxon Zarifi bütün Azərbaycan həmkarlarını ürəkdən təbrik edib və bildirib ki, dövlət başçılarının sıx qarşılıqlı təmasları  iki xalqın dostluğunu daha da zənginləşdirir.

Qonaqlar Azərbaycan mətbəxinin təamları ilə bəzədilmiş süfrəyə dəvət olunduqdan sonra, Azərbaycandan dəvət olunan muğam ifaçıları Aytən Məhərrəmova, Vüqar Musayev, Ədalət Behbudov və Pərviz Fərhadov milli musiqimizlə qonaqlara xoş dəqiqələr bəxş ediblər. Tacikistan Milli Konservatoriyasının müəllimi, Azərbaycanda keçirilmiş Muğam Festivalının iştirakçısı olmuş Xurşid İbrahimov Azərbaycanlı musiqiçiləri ilə birlikdə “Qarabağ şikəstəsi”ni ifa edib.




Ləman Ağayeva,
Düşənbə 
 

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama