Ötən gecə UEFA Çempionlar Liqasının 2012/13-cü il final oyunu keçirilib.
Həlledici görüşdə iki alman klubu - "Borussiya" Dortmund və Münhen "Bavariya"sı Londonun "Uembli" stadionunda üz-üzə gəlib.
"Borussiya" tarixində bir dəfə - 1997-ci ildə ÇL-nı qazanıb. "Bavariya" isə bu uğura dörd dəfə imza atıb. Münhen təmsilçisi sonuncu dəfə 2001-ci ildə Avropanın ən güclüsü olub. Keçən mövsüm isə finalda "Çelsi"yə uduzub.
Böyük maraqla gözlənilən oyun gözlənildiyi kimi möhtəşəm bir qarşılaşmaya çevrilib. İtakiyalı Nikola Ritsollinin idarə etdiyi matçda "Bavariya" son dəqiqədə vurulan qol sayəsində 2:1 hesabı ilə qalib gələrək tarixində 5-ci dəfə Avropanın ən güclüsü adını qazanıb.
"Borussiya" (Dortmund, Almaniya) - "Bavariya" (Almaniya) - 1:2
Qollar: Mandjukiç, 60 (0:1), İlkay Gündoğan, 68-pen (1:1), Aryen Robben, 89 (1:2)
Abbas Quliyev