Modern.az

Məktəb direktoru yol qəzasında öldü

Məktəb direktoru yol qəzasında öldü

26 May 2013, 11:35

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Bakı-Quba yolunda “Nissan Maxima” markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb.

Hadisə zamanı avtomobilin sürücüsü aldığı ağır bədən xəsarətləri səbəbi ilə hadisə yerində vəfat edib.

Yanğınsöndürən xilasedicilər tərəfindən müxtəlif alət və avadanlıqlardan istifadə olunmaqla sürücünün sıxılmış meyiti avtomobildən çıxarılıb.

Yol qəzasında dünyasını dəyişən şəxs Qubanın Mirzəqışlaq kənd orta məktəbinin direktorudur.

Modern.az  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama