Modern.az

Azərbaycanda sonuncu sınaq imtahanı keçirilir

Azərbaycanda sonuncu sınaq imtahanı keçirilir

26 May 2013, 11:58

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən bu gün bituriyentlərin qəbul imtahanlarına səmərəli hazırlaşmalarına kömək məqsədilə respublikanın 27 şəhərində  sınaq imtahanları keçirilir.

Bu imtahanda iştirak etmək üçün 40524 abituriyent qeydiyyatdan keçib.

İmtahan Rrespublika üzrə 56 imtahan mərkəzində keçirilir. İmtahanın idarə olunması üçün 180 imtahan rəhbəri, 741 nəzarətçi-müəllm ayrılıb.

Qeyd edək ki, cari ildə indiyədək 6 sınaq imtahanı keçirilib və respublikanın bütün rayonlarını əhatə edib. Bu imtahanlarda ümumilikdə 154380 abituriyent iştirak edib.

TQDK tərəfindən keçirilən sınaq imtahanlarının üstün cəhətlərindən biri bu imtahanlarda yaradılan şəraitin, ümumilikdə imtahan prosesinin qəbul imtahanlarına tam uyğun olmasıdır. Bu imtahanlarda iştirak edən abituriyentlər özlərini real imtahan şəraitində hiss etməklə qəbul imtahanlarına psixoloji cəhətdən uyğunlaşır, ayrılmış vaxtdan səmərəli istifadə etmək bacarıqlarını inkişaf etdirirlər.

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama