Modern.az

Bakıda həkim 19 bıçaq zərbəsi ilə öldürülüb

Bakıda həkim 19 bıçaq zərbəsi ilə öldürülüb

26 May 2013, 18:40

Dünən gecə saat 21.30 radələrində Bakıda həkim-kardioloq qətlə yetirilib.
APA-nın Daxili İşlər Nazirliyi və Respublika Baş Prokurorluğuna istinadla verdiyi məlumata görə, Nərimanov rayonu Həsən Əliyev küçəsi, ev 92, mənzil  8 ünvanında Bakı sakini  Həmişəyev Cavidin 19 bıçaq yarası ilə meyiti aşkar edilib.
Faktla bağlı cinayət işi başlanıb.

İlkin istintaq-əməliyyat tədbirləri nəticəsində həmçinin C. Həmişəyevə məxsus “Mercedes MLK” markalı avtomobil və şəxsi əşyalarının olmadığı müəyyən edilib.
Əməliyyat nəticəsində həmin avtomobil gecə saat 2.00 radələrində Bakının 20 Yanvar dairəsi yaxınlığında saxlanılıb.

Maşında olan Türkan Bağırlı, Yasin Ərəbov və Koroğlu Məmmədov  tutularaq istintaqa cəlb ediliblər.
Onlar ilkin ifadələrində C. Həmişəyevi tamah məqsədilə qətlə yetirdiklərini bildiriblər.

Qətldə istifadə olunan 2 bıçaq Buzovna qəsəbəsi Çingiz Mustafayev küçəsindəki , zibillikdə aşkarlanaraq maddi sübut kimi götürülüb.
Araşdırma gedir. 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama