Modern.az

Prezident Tarif Şurasına əlavə səlahiyyətlər verdi

Prezident Tarif Şurasına əlavə səlahiyyətlər verdi

3 Fevral 2023, 13:24

Tarif Şurasının səlahiyyətləri artırılıb.

 

Modern.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq fərman imzalayıb.

 

Fərmana əsasən, Tarif Şurası tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulmasına (fiziki və ya texnoloji) görə məbləği müəyyən edəcək.

 

Ərazi planlaşdırılması sənədləri təsdiq edilmiş ərazilərdə məişət qaz qurğuları quraşdırılan tikinti obyektlərinin mövcud qazpaylayıcı şəbəkəyə texnoloji qoşulmasına görə qaz qurğusunun istifadəçiləri qaz paylayıcısına Tarif Şurasının müəyyən etdiyi məbləğdə qoşulma xidmətinə görə ödəniş etməlidirlər.

 

Tarif Şurası ödənişin məbləğini Nazirlər Kabinetinin müəyyən etdiyi metodologiya əsasında müəyyən edəcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Prezident Xocalıda duyğulu anlar yaşandı