Modern.az

Siyavuş Novruzov: “Qurultayın çağırılması ilə bağlı partiya sədri qərar verməlidir”

Siyavuş Novruzov: “Qurultayın çağırılması ilə bağlı partiya sədri qərar verməlidir”

27 May 2013, 10:44

“YAP-ın rayon konfransları demək olar ki, tam yekunlaşmaq üzrədir”. Bunu Modern.az-a açıqlamasında YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirib. YAP funksionerinin sözlərinə görə, bundan sonra  təxminən on beş rayonda konfrans keçirilməlidir. Partiya rəsmisi onu da əlavə edib ki, bu məsələ may ayının sonuna qədər öz həllini tapacaq. Deputat YAP qurultayının keçirilməsi məsələsinə də aydınlıq gətirib.
“Konfranslar bitib nümayəndələr müəyyənləşəndən sonra qurultaya hazırlıq işləri görüləcək. Qurultayın çağırılması ilə bağlı partiya sədri qərar verməlidir”.


Aqşin Kərimov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama