Modern.az saytının xəbərinə görə, Azərbaycan əsilli İran müğənnisi Ququşun (Faiqə Atəşin) SSRİ xalq artisti Alla Puqaçovanın məşhur “Milyon alıx roz” hit mahnısını fars dilində oxuduğu videosu yayılıb. Fars dilində oxuyan Ququş bu mahnını əla ifa edib.
Şair Andrey Voznesenskinin sözlərinə bəstəkar Raymond Paulsun bəstələdiyi mahnı 80-ci ilərin ən populyar mahnısı hesab olunur. Alla Puqaçova mahnıya görə 1983-cü ildə “İlin mahnısı” mükafatını alıb.