Modern.az

Ziyalılar Forumunun Milli Şura ilə bağlı təcili iclası başlanır

Ziyalılar Forumunun Milli Şura ilə bağlı təcili iclası başlanır

27 May 2013, 11:49
 
“EL” hərəkatının lideri Eldar Namazov Moskva səfərini başa vuraraq Azərbaycana qayıdıb. Bu barədə Modern.az-a “El” hərəkatının Ali Məclisinin sədri Eldəniz Quliyev bildirib. E.Namazovla əlaqə saxlamadığını deyən E.Quliyev bu gün Ziyalılar Forumunun toplantısının keçiriləcəyini, Milli Şura ilə bağlı ən son xəbərlərin mətbuata çatdırılacağını qeyd edib.

“Sözün açığı mən məlumatsızam. Hələ Eldar müəllimlə görüşməmişəm. Amma bu gün Ziyalılar Forumunun toplantısı keçiriləcək. Orada Milli Şura ilə bağlı ən son məlumatlar veriləcək”-deyə E.Quliyev bildirib.

Qeyd edək ki, sabah kinodramaturq Rüstəm İbrahimbəyovun müəllifi olduğu Milli Şuranın təqdimat mərasimi keçiriləcək.

Anar RÜSTƏMOV  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama