Modern.az

Nazirlik daha bir qanunsuz tikinti aşkarladı - VİDEO

Nazirlik daha bir qanunsuz tikinti aşkarladı - VİDEO

Hadisə

4 Fevral 2023, 11:11

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Dövlət Yanğın Nəzarəti Xidməti daha bir qanunsuz tikintiyə qarşı tədbir görüb.

FHN-dən Modern.az-a verilən məlumata görə, Gəncə şəhəri, Heydər Əliyev prospekti, 64 ünvanında anbar binasının inşası zamanı aidiyyəti qurumlar tərəfindən təsdiq edilmiş layihədən kənara çıxılmaqla qeyri-qanuni tikinti işlərinin aparılması faktı aşkar edilib.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən həyata keçirilən müvafiq tədbirlər nəticəsində layihədənkənar aparılan qanunsuz tikinti işlərinin qarşısı alınıb və obyekt nəzarətə götürülüb.

 

 

Sizə yeni x var
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım