Modern.az

Prezident bu deputatla bağlı sərəncam imzaladı - FOTO

Prezident bu deputatla bağlı sərəncam imzaladı - FOTO

Parlament

4 Fevral 2023, 14:42

Prezident İlham Əliyev Anatoliy Rafailovun təltif edilməsi haqqında sərəncam imzalayıb.


Modern.az xəbər verir ki, sərəncamla Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Anatoliy Xaimoviç Rafailov “Şöhrət” ordeni ilə təltif edilib.

Anatoliy Rafailov Milli Məclisin Quba rayonundan seçilmiş yəhudi əsilli deputatıdır. Sabah onun 70 yaşı tamam olur.

 

53 saylı Quba-Qusar seçki dairəsinin deputatı Anatoliy Rafailov

1953-cü il fevralın 5-də Bakı şəhərində anadan olub. Azərbaycan Tibb İnstitutunun Müalicə işi fakültəsini bitirib. Rus, ingilis və fars dillərini bilir.

1972–1974-cü illərdə hərbi xidmət keçib, 1974–1981-ci illərdə ali məktəbdə təhsil alıb. 1981–1982-ci illərdə Bakı şəhəri Təcili Tibbi Yardım Xəstəxanasının internaturasında çalışıb, 1982–2001-ci illərdə Sumqayıt şəhəri Təcili Tibbi Yardım Xəstəxanasının həkim-travmatoloqu, 2001– 2010-cu illərdə «Hesed Qerson» Yəhudi Xeyriyyə Cəmiyyətinin Tibb Mərkəzinin direktoru olub. 2015-ci ildən «Sağlam ailə» MMC-nin səyyar tibbi xidmət üzrə müdiridir.

Bitərəfdir.

Milli Məclisin Səhiyyə komitəsinin üzvüdür. Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Bolqarıstan, Cibuti, Əfqanıstan, Rusiya, Tacikistan, Türkiyə parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.

MDB-nin Parlamentlərarası Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür.

Evlidir, 1 övladı var.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi