Modern.az

AMEA vitse-prezidenti: “Məmurların hamısı elmi dərəcə ala bilməyəcək”

AMEA vitse-prezidenti: “Məmurların hamısı elmi dərəcə ala bilməyəcək”

27 May 2013, 13:18

Bundan sonra məmurların elmi ad alması ilə bağlı normativlərin müəyyənləşdirilməsi Milli Məclisdə qəbul olunacaq “Elm siyasəti haqqında” qanun layihəsi ilə tənzimlənəcək”. Bu sözləri Modern.az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti İsa Həbibbəyli deyib. O, qeyd edib ki, bu günə qədər hansı kateqoriya məmurların elmi ad almaq hüququna malik olması razılaşdırılmış qaydada həyata keçirilir.

““Elm syasəti haqqında” qanun layihəsi hazırda ilkin müzakirələr mərhələsindədir. Güman edirəm ki, yaxın vaxtlarda daha geniş müzakirələrə çıxarılacaq, bu barədə ictimaiyyətin fikri də öyrənilib, ümumiləşdiriləcək və müvafiq qayda müəyyən olunacaq”.

Bu məhdudiyyətlərin hansı tip məmurlara aid edilməsinə gəlincə, İ. Həbibbəyli hələlik qanun layihəsi təsdiq olunmayana qədər və yaxud bu barədə AMEA-nın təklifləri müəyyən olunmayanadək bu haqda nəsə açıqlamağı düzgün hesab etmir.

“Hələ layihə müzakirə prosesindədir. Müxtəlif versiyalar var ki, bunların hansının müzakirəyə çıxarılacağı barədə söhbətlər gedir. Bu versiyalardan biri üzərində dayanılacaq və ictimaiyyətin müzakirəsinə veriləcək. Hələlik bunlar ilkin söhbətlər şəklində olduğu üçün bunları açıqlamaq istəməzdim. Akademiya da hələlik öz təkliflərini formalaşdırır. Bunun özü gündəmə yeni gələn mövzudur. Bu barədə yəqin ki yaxın zamanda ictimaiyyətə geniş açıqlama veriləcək”.

 

Aytən ƏLİYEVA

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama