Bakıda iki maşın toqquşdu, polis xəsarət aldı

Bakıda iki maşın toqquşdu, polis xəsarət aldı

4 Fevral 2023, 18:05

Bu gün saat 17 radələrində paytaxtın Nizami rayonunda iki avtomobilin toqquşması nəticəsində xəsarət alanlar olub.

 

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, “Range Rover” və “Opel” markalı avtomobillərin iştirakı ilə baş verən yol nəqliyyat hadisəsində “Opel” markalı avtomobilin sərnişini olan polis əməkdaşı müxtəlif dərəcəli bədən xəsarəti alıb. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

 

Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İran daxildən çat verir - Siyasi gərginlik pik həddə