Modern.az

Masallı İcra Hakimiyyəti: “Müsavat Partiyası münəccimlik edir” - AÇIQLAMA

Masallı İcra Hakimiyyəti: “Müsavat Partiyası münəccimlik edir” - AÇIQLAMA

27 May 2013, 13:30


Müsavat Partiyasının Masallı rayon təşkilatı Azərbaycan Xalq Cumhuriyyətinin 95 illiyi ilə bağlı tədbirinə Masallı İcra Hakimiyyətinin maneçiilk törətməsi barədə məlumat yaymışdı. Məlumatda deyilirdi ki, Musavat Partiyasının icarəyə götürdüyü yerli ofisin qapıları icra orqanlarının təzyiqi nəticəsində icarədar tərəfindən bağlanılıb.

Masallı İcra Hakimiyyətindən Modern.az-a verilən məlumata əsasən, dövlət strukturunun sözügedən məsələyə müdaxilə etməsi haqda bütün iddialar əssasızdır.
“Onların Həmkarlar Təşkilatları ilə binada yer icarəsi haqda müqaviləsi vardı. Bunun İcra Hakimiyyətinə heç bir aidiyyatı yoxdur. Müsavat Partiyası münəccimdir ki, hər şeyi qabaqcadan görsün. İcra Hakimiyyəti nəyə görə kiməsə təzyiq etməlidir ki!? İcra Hakimiyyəti olaraq bu işlərə qətiyyən qarışmırıq”.

Vüqar İsmayılov  
Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama