Modern.az

Rusiya qadın məhkumları müharibəyə göndərir

Rusiya qadın məhkumları müharibəyə göndərir

Dünya

4 Fevral 2023, 22:41

Rusiya məhkum qadınları Ukraynada hərbi əməliyyatlara cəlb etməyə çalışır. 

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahının gündəlik məlumatında bildirilib.

 

Qeyd olunub ki, ruslar bir həftə ərzində Donetsk vilayətinin işğal olunmuş ərazisindəki Snijne şəhərinin qadın islah koloniyasından təxminən 50 nəfəri öz sıralarına cəlb ediblər.

 

Onların Rusiya Federasiyası ərazisinə təlim keçmək üçün göndərildiyi məlum olub.

 

Akif İsmayılov 

Twitter
Sizə yeni tvit var
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı