Modern.az

Abel Məhərrəmov BDU-da bəzi tələbələri imtahandan azad etdi

Abel Məhərrəmov BDU-da bəzi tələbələri imtahandan azad etdi

27 May 2013, 13:43

Bakı Dövlət Universitetində (BDU) tələbələrin dövlət imtahanı və diplom müdafiəsi ilə bağlı yeniliklər edilib.

BDU-dan APA-ya verilən xəbərə görə, universitetin rektoru Abel Məhərrəmov bu məsələ ilə bağlı müvafiq əmr imzalayıb. Əmrə əsasən, orta balı 81 və 81-dən yuxarı olan və təhsil aldığı müddət ərzində yalnız A, B və C qiymətləri almış tələbələr dövlət imtahanından azaddırlar. Onlar yalnız diplom müdafiəsi edəcəklər.

Orta balı 81-dən az olan tələbələr isə dövlət imtahanı verəcəklər və onlar diplom işləri müdafiəsindən azaddırlar. Onlar komissiya qarşısına çıxmayacaqlar. Bu tələbələr sadəcə, diplom işlərini kafedralara təhvil verməlidirlər.

Modern.az

 
Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama