Modern.az

Respublika günündə yağış yağacaq - HAVA

Respublika günündə yağış yağacaq - HAVA

27 May 2013, 13:54

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında mayın 28-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə yağış yağacağı proqnozlaşdırılır. Yağışın günün ikinci yarısında kəsiləcəyi gözlənilir. Güclü şimal-qərb küləyi günün ikinci yarısına doğru mülayimləşəcək.

Mayın 28-də Bakıda və Abşeron yarımadasında havanın temperaturunun gecə 12-17, gündüz 18-23 dərəcə isti olacağı proqnozlaşdırılır.

Azərbaycanın rayonlarında mayın 28-də şimşək çaxacaq, arabir yağış yağacaq. Havanın temperaturu gecə 12-17, gündüz 22-27, dağlarda gecə 4-9, gündüz 13-18 dərəcə isti olacaq.

Məlumata görə, yaxın 3 gün ərzində Bakıda xəzri küləyinin üstünlüyü və rütubətliliyin yüksəkliyi meteohəssas insanlarda diskomfort hissi yaradacaq.

Modern.az  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama