Modern.az

Bakcell 5 uşağı Mançesterə göndərəcək - FOTOLAR

Bakcell 5 uşağı Mançesterə göndərəcək - FOTOLAR

27 May 2013, 13:30

İyun 24-28 Bakıda Mançester Yunaytedin(MY) yay məktəbi açılacaq. Bakcellin Azərbaycanda futbolun inkişafına istiqamətlənmiş bu və digər layihələri ilə bağlı bu gün AFFA ilə birlikdə təşkil edilən mətbuat konfransında media nümayəndələrinə ətraflı məlumat verilib. Yeni layihə "Bakcell futbol ilə" proqramı çərçivəsində həyata keçiriləcək.

Moder.az-ın xəbərinə görə, Bakcellin baş marketinq direktoru Aynur Abjanova bildirib ki, bu layihənin AFFA ilə birlikdə reallaşdırıldığını deyib: “Ötən il Azərbaycanda gənc qızlar arasında keçirilən tədbirdə Bakcell AFFA ilə tərəfdaşlıq edirdi. Eyni zamanda, bu ilin fevralın Bakcell Arena stadionun açılışını etdik. Bu Azərbaycandakı ən böyük stadionlardan biridir. Regionlarda yeni stadionların açılmasına dair planlarımız var. İyun 24-28 Bakıda Mançester Yunaytedin(MY) yay məktəbi açılacaq. Bu Bakcell Arenada təşkil ediləcək. MY-dan olan mütəxəssislər burada azərbaycanlı uşaqlarla təlim-məşqləri keçəcəklər. Bu vaxta qədər isə biz AFFA ilə rayonlardan da uşaqlar seçəcəyik. Bu uşaqların içindən 5 nəfər MY-ya gedəcək. Bu layihə MDB-də ilk dəfə olaraq Azərbaycanda reallaşdırılır. MY ilə 1 illik əməkdaşlıq reytinqimizə də təsir edib. Bakcell brendinin reytinqi yüksəlib”.

AFFA-nın baş katibi Elxan Məmmədov isə futbolu Bakcellə birlikdə həyətlərə gətirdiklərini deyib: “Biz futbola həyətlərə gətirdik. Valideynlər uşağı futbol hazırlığına aparmaq üçün daim nəqliyyat problemi ilə rastlaşırdı. Bu məsələnin həlli olaraq Bakcell və AFFA həyətlərdə kiçik stadionların tikilməsinə başlayıb və bir çox yerdə bunu reallaşdırıb. Bu layihə bölgələrdə də davam edəcək. AFFA son 4 ildə 100-dən çox stadion tikib. Bunlar təmənnasız oldu. Amma sonra gördük ki, insanlar həmin stadiona sahib çıxmırlar, dağıdılırdı. Biz yenidən təmir etməli olurduq.  Bundan sonra öz məşqçilərimiz həmin stadionlara sahib çıxacaq. Orada uşaqlara təlim keçiriləcək. Rayonlardan seçilmiş 32 uşaq içərisindən AFFA və Bakcellin seçdiyi 5 nəfər “Old Trafford”, “Mançester Yunayted Futbol Akademiyası”nda təlim keçəcəklər”.

Layihə çərçivəsində iyun 11-dən 22-ə kimi Bakıdan əlavə daha 4 şəhərdə - Gəncə, Sumqayıt, Mingəçevir və Lənkəran şəhərlərində də seçim turları təşkil ediləcək.

11-12 iyun, Gəncə şəhəri AFFA futbul meydançası (Nizami Gəncəvi küç., “Deluxe” otelinin yanı)

14 iyun, Yaşar Məmmədzadə adına Mingəçevir şəhər Stadionu (İslamzadə küç.24)

17 iyun, Lənkəran şəhər Olimpiya Kompleksi (“Palmolife” otelinin yanı)

19 iyun, Sumqayıt çəhər AFFA futbol meydançası (10-cu mkr, 1-ci binanın qarşısı) 

21-22 iyun Bakı şəhəri, Bayıl Arena  

Seçimdən müvəffəqiyyətlə  keçmiş 8-12 yaş arası 32 uşaq 24-28 iyun tarixlərində Bakıda, “Bakcell Arenada” təşkil ediləcək və "Mançestr Yunayted"in futbol məktəbinin məşqçiləri tərəfindən keçiriləcək təlim-məşq toplantılarında iştirtak etmək hüququ qazanacaqlar.   

Elxan Məmmədov  ölkənin müxtəlif regionlarında yaşayan və böyük potensiala malik gənclərin Azərbaycanın futboluna böyük tövhələr verəcəyini əminliklə vurğulayıb: ””Mançestr Yunayted”  və AFFA ilə birlikdə həyata keçirilən bu iki mühüm layihə vasitəsilə Bakcell Azərbaycan futbolunun inkişafına böyük diqqət göstərir. Qeyd etmək lazımdır ki, dünyanın ən məşhur futbol akademiyalarından biri olan “Mançestr Futbol Məktəbi” dünya futboluna Devid Bekxem, Pol Skoulz və Rayan Qiqz kimi əsfsanələri bəxş edib. Bu və bundan sonrakı layihələrimiz Azərbaycan futbolunda da belə əfsanələr yetişdirəcək.”

 

 

 

 

 

  

Elçin Ağayev

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU