Modern.az

Naftalanda ağır qəza - 5 nəfər yaralandı 

Naftalanda ağır qəza - 5 nəfər yaralandı 

5 Fevral 2023, 19:57

Naftalanda yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, hadisə Naftalan Şəhər Mərkəzi Xəstəxanasının yaxınlığında qeydə alınıb.

 

Qəza zamanı iki “VAZ" markalı minik avtomobili toqquşub. 1982-ci il təvəllüdlü Günel Mehdiyeva, 1978-ci il təvəllüdlü Səməd Muradov, 1946-cı il təvəllüdlü Nigar İmanova, 1970-ci il təvəllüdlü Gülnarə Nəsibova və 1990-cı il təvəllüdlü Minarə Nəsibova xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyətlərinin kafi olduğu bildirilir.

 

Hadisə yerinə Dövlət Yol Polisinin əməkdaşları cəlb olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!