Modern.az

Pensiyası kəsildi, benzin içib özünü yandırdı

Pensiyası kəsildi, benzin içib özünü yandırdı

Hadisə

5 Fevral 2023, 23:33

Cəlilabadda intihara cəhd olub.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Uzuntəpə kəndində baş verib.

 

Məlumata görə, 1994-cü il təvəllüdlü Mirnatiq Abbas oğlu Cabbarov əvvəlcə benzini içib, sonra isə üzərinə tökərək özünü yandırmaq istəyib.

 

Ətrafdakıların köməyi ilə yanğının qarşısı alınıb. O, yanıq xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb. Həkimlər onun vəziyyətini ağır qiymətləndirir.

 

Yaxınlarının dediyinə görə, M.Cabbarov uzun müddətdir pensiya alırmış. Onun pensiyası kəsildiyi üçün bu addımı atıb.

 

Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...