Suriyada baş vermiş güclü zəlzələ nəticəsində ölənlərin sayı 1060 nəfərə çatıb.
Modern.az xəbər verir ki, bu barədə “Asharq Al-Awsat” telekanalı məlumat yayıb.
Yaralı sayının 2400 nəfər olduğu bildirilib.
***
Suriyada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 960 nəfəri keçib.
Modern.az xəbər verir ki, bu barədə "Asharq Al-Awsat" telekanalı məlumat yayıb.
Dağıdıcı zəlzələ zamanı daha 2400 nəfər isə yaralanıb.
***
16:18
Suriyada baş vermiş güclü zəlzələ nəticəsində ölənlərin sayı artır.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində dünyasını dəyişənlərin sayı 592 nəfərə çatıb.
Bundan əvvəlki məlumatlarda ölü sayının 427 nəfər, yaralı sayının 600 nəfər olduğu bildirilirdi.
Qeyd edək ki, fevralın 6-da Türkiyənin cənub-şərqində baş verən 7,7 və 7,6 bal gücündə iki zəlzələ Livan, İraq, Fələstin, İsrail və digər ölkələrdə, habelə Kipr adasında da hiss olunub.
***
11:50
Suriyada güclü zəlzələdə ölənlərin sayı artır.
Modern.az xəbər verir ki, son məlumatlara görə, zəlzələ qurbanlarının sayı 427 nəfər çatıb. Yaralı sayının 600 nəfərdən çox olduğu bildirilir.
***
10:26
Suriyanın şimalında baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 237 nəfərə çatıb.
Modern.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Zəlzələ nəticəsində 639 nəfər xəsarət alıb. Məlumata görə, Hələb, İdlib, Latakiya və Həma əyalətlərində dağılmış binaların altında onlarla adam qalıb.
?? Suriyada zəlzələdə həlak olanların sayı 237 nəfərə çatıb, 639 nəfər yaralanıb.#deprem #Suriye pic.twitter.com/x4F8eUZeOE
— MODERN.AZ (@modernaz_) February 6, 2023
***
09:15
Suriyada baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı artıb.
Modern.az Anadolu agentliyinə istinadən xəbər verir ki, təbii fəlakət zamanı azı 100 nəfər ölüb, 200 nəfər yaralanıb.
***
08:40
Suriyada baş vermiş dəhşətli zəlzələ nəticəsində ölənlərin ilkin sayı açıqlanıb.
Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Hələb və Həmada zəlzələ nəticəsinə çoxlu sayda yaşayış binası dağılıb, 42 nəfər həlak olub, 200-ə yaxın insan yaralanıb.
Ölü və yaralı sayının artacağı istisna edilmir.
***
Türkiyədə baş verən zəlzələ ilə eyni vaxtda Suriyada da güclü təkanlar hiss edilib.
Modern.az xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.
Bildirilir ki, yeraltı təkanlar Həma əyalətinin mərkəzində bir neçə binanın dağılmasına səbəb olub. Hadisə yerinə Suriya Qızıl Aypara Cəmiyyətinin təcili yardım maşınları cəlb olunub.
"Əl-Cəzirə" telekanalının məlumatına görə, Hələb və İdlib şəhərlərində yaşayış binalarının dağıntıları altından altı nəfərin cəsədi tapılıb.
Axtarış-xilasetmə işləri davam edir.
Akif İsmayılov