Türkiyədə baş verən dağıdıcı zəlzələyə görə ölkənin silahlı qüvvələri hazır vəziyyətə gətirilib.
Modern.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlik qeyd edib ki, Türkiyə Silahlı Qüvvələrinin Humanitar Yardım Briqadaları və nəqliyyat təyyarələri xidmətə hazırdır.
"Tələbləri qarşılamaq üçün koordinasiyaya başlanılıb", - açıqlamada bildirilib.
Milli müdafiə naziri Hulusi Akar Baş Qərargah rəisi və Quru Qoşunları komandanı ilə birlikdə zəlzələ baş verən bölgəyə gedib.
Qeyd edək ki, Türkiyənin Kahramanmaraş bölgəsində 7,4 bal, Qaziantepdə isə 6,5-6,4 bal gücündə zəlzələ baş verib. Malatya, Diyarbakır, Adana, Hatay, Kilis və Osmaniye vilayətlərində binalar dağılıb, çoxlu sayda insan həlak olub və yaralanıb.
Akif İsmayılov