Xəbər verdiyimiz kimi, Türkiyənin Kahramanmaraş bölgəsində 7,4 bal, Qaziantepdə isə 6,5-6,4 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət zamanı Malatya, Diyarbakır, Adana, Hatay, Kilis və Osmaniye vilayətlərində binalar dağılıb, çoxlu sayda insan həlak olub və yaralanıb.
İlkin məlumata görə, Türkiyədə zəlzələ nəticəsində 50-dən çox insan ölüb. Ölü sayının artacağı istisna edilmir. Hazırda zəlzələ bölgəsində axtarış-xilasetmə işləri aparılır.
Modern.az dağıdıcı zəlzələnin baş verdiyi ərazilərdən yeni görüntüləri təqdim edir: