Modern.az

Rusiya səfirliyi Türkiyəyə başsağlığı verdi

Rusiya səfirliyi Türkiyəyə başsağlığı verdi

Dünya

6 Fevral 2023, 09:43

Rusiyanın Türkiyədə fəaliyyət göstərən diplomatik missiyaları baş verən zəlzələ ilə bağlı açıqlama yayıb.

 

Modern.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

 

Bildirilib ki, Rusiyanın Antalya və İstanbuldakı Baş Konsulluğundan verilən məlumata görə, Türkiyənin cənub-şərqində baş vermiş güclü zəlzələ ilə bağlı Rusiya vətəndaşları tərəfindən heç bir müraciət daxil olmayıb.

 

Rusiyanın Ankaradakı səfirliyi zəlzələdə həlak olanların ailələrinə başsağlığı verib.

 

Xatırladaq ki, gecə saatlarında Türkiyənin Kahramanmaraş bölgəsində 7,4 bal, Qaziantepdə isə 6,5-6,4 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət zamanı Malatya, Diyarbakır, Adana, Hatay, Kilis və Osmaniye vilayətlərində binalar dağılıb. İlkin məlumata görə, zəlzələ nəticəsində 76 nəfər ölüb, 440 nəfər yaralanıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər