Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Almaniyaya səfər edəcək.
Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Mirzoyan 6-7 fevral tarixlərində paytaxt Berlində olacaq. Səfər çərçivəsində o, Almaniyanın XİN başçısı Annalena Berbokla görüşəcək.
Həmçinin qanunverici orqanın nümayəndələri və ekspert dairələri ilə də görüşlər keçirilməsi nəzərdə tutulub.