Türk Dövlətləri Təşkilatı baş verən zəlzələyə görə Türkiyəyə başsağlığı verib.
Modern.az xəbər verir ki, bu barədə qurumun tviter səhifəsində paylaşım edilib.
Başsağlığında deyilir:
Xatırladaq ki, gecə saatlarında Türkiyənin Kahramanmaraş bölgəsində 7,4 bal, Qaziantepdə isə 6,5-6,4 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət zamanı Malatya, Diyarbakır, Adana, Hatay, Kilis və Osmaniye vilayətlərində binalar dağılıb. İlkin məlumata görə, zəlzələ nəticəsində 76 nəfər ölüb, 440 nəfər yaralanıb.