Dünyaca məşhur zəlzələ mütəxəssisi Frank Hoogerbeetsin sosial şəbəkə hesabındakı paylaşımı diqqət çəkib.
Modern.az xəbər verir ki, buna səbəb onun Türkiyənin Kahramanmaraş bölgəsindəki zəlzələyə əvvəlcədən işarə etməsi olub.
"Tez-gec bu bölgədə (Türkiyənin cənub-şərqində, Suriya, Livan və İordaniyada) 7.5 bal gücündə zəlzələ olacaq", - deyə Frank Hoogerbeets 3 gün əvvəlki paylaşımında yazıb. Sözügedən paylaşım 5 milyona yaxın insana çatıb.
Xatırladaq ki, gecə saatlarında Türkiyənin Kahramanmaraş bölgəsində 7,4 bal, Qaziantepdə isə 6,5-6,4 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət zamanı Malatya, Diyarbakır, Adana, Hatay, Kilis və Osmaniye vilayətlərində binalar dağılıb. Son məlumata görə, zəlzələ nəticəsində 284 nəfər ölüb, 2323 nəfər yaralanıb.