Modern.az

Finlandiya və İsrail prezidentləri Türkiyəyə başsağlığı verdi

Finlandiya və İsrail prezidentləri Türkiyəyə başsağlığı verdi

Dünya

6 Fevral 2023, 10:50

Türkiyədə baş verən zəlzələyə görə İsrail və Finlandiya da başsağlığı verib.

 

Modern.az xəbər verir ki, hər iki ölkənin prezidentləri bu barədə tviter səhifələrində paylaşım ediblər.

 

İsrail prezidenti İsaak Herzoq yazıb:

 

"İsrail xalqı adından, dünən gecə baş verən zəlzələnin ardından Türkiyənin başına gələn böyük fəlakətdən dərin kədər hiss edirəm. İnsan tələfatı səbəbi ilə prezident Ərdoğana və türk xalqına başsağlığı verirəm. İsrail dövləti hər zaman mümkün olan hər şəkildə yardıma hazırdır. Bu kədərli anda qəlbimiz matəmli ailələr və türk xalqı ilə birlikdədir".

 

Həmçinin Finlandiya prezidenti Sauli Niinsto da Ərdoğana məktub yollayıb və faciəvi zəlzələdə həyatını itirənlərə görə başsağlığı verib.

 

Xatırladaq ki, gecə saatlarında Türkiyənin Kahramanmaraş bölgəsində 7,4 bal, Qaziantepdə isə 6,5-6,4 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət zamanı Malatya, Diyarbakır, Adana, Hatay, Kilis və Osmaniye vilayətlərində binalar dağılıb. İlkin məlumata görə, zəlzələ nəticəsində 76 nəfər ölüb, 440 nəfər yaralanıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər