Türkiyənin bütün məktəblərində tətil elan edilib.
Modern.az xəbər verir ki, bu barədə milli təhsil naziri Mahmut Özer bildirib.
O, məktəblərdə fevralın 13-nə qədər tətil elan edildiyini açıqlayıb.
***
Türkiyənin Kahramanmaraş, Hatay, Adıyaman ve Malatya vilayətlərində tədris prosesinə 2 həftə ara verilib.
Modern.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə qərarı ölkənin milli təhsil naziri Mahmut Özer açıqlayıb.
Qərarın zəlzələ ilə bağlı olduğu bildirilib.
***
11:20
Türkiyədə zəlzələnin baş verdiyi regionlarda tədris prosesi 1 həftə müddətinə dayandırılıb.
Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin vitse-prezidenti Fuat Oktay məlumat verib.
Bildirilib ki, müvafiq qərara əsasən, regiondakı məktəblər və digər təhsil müəssisələri bağlanıb.
Xatırladaq ki, gecə saatlarında Türkiyənin Kahramanmaraş bölgəsində 7,4 bal, Qaziantepdə isə 6,5-6,4 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət zamanı Malatya, Diyarbakır, Adana, Hatay, Kilis və Osmaniye vilayətlərində binalar dağılıb. Son məlumata görə, zəlzələ nəticəsində 284 nəfər ölüb, 2323 nəfər yaralanıb.