“SpaceX” şirkətinin təsisçisi, amerikalı milyarder İlon Mask Türkiyədə baş verən zəlzələ ilə bağlı açıqlama verib.
Modern.az xəbər verir ki, o, Türkiyə hökumətinin razılığı ilə “SpaceX” şirkətinin “Starlink” peyklərini Türkiyəyə göndərə biləcəklərini bildirib.
Xatırladaq ki, gecə saatlarında Türkiyənin Kahramanmaraş bölgəsində 7,4 bal, Qaziantepdə isə 6,5-6,4 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət zamanı Malatya, Diyarbakır, Adana, Hatay, Kilis və Osmaniye vilayətlərində binalar dağılıb.
Son məlumata görə, zəlzələ nəticəsində 284 nəfər ölüb, 2323 nəfər yaralanıb.