Gürcüstanın baş naziri İrakli Qaribaşvili zəlzələ ilə bağlı Türkiyəyə başsağlığı verdi.
Modern.az xəbər verir ki, o, tviter səhifəsində bu barədə paylaşım edib.
"Kahramanmaraşdakı dağıdıcı zəlzələdə həyatını itirənlərin ailələrinə, türk xalqına və Türkiyə hökumətinə dərin hüznlə başsağlığı verirəm. Bütün yaralılara tezliklə şəfa tapmalarını diləyirəm. Türk xalqının yanındayıq və ehtiyac duyulan hər cür yardımı göstərməyə hazırıq", - deyə baş nazir yazıb.
Xatırladaq ki, gecə saatlarında Türkiyənin Kahramanmaraş bölgəsində 7,4 bal, Qaziantepdə isə 6,5-6,4 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət zamanı Malatya, Diyarbakır, Adana, Hatay, Kilis və Osmaniye vilayətlərində binalar dağılıb. Son məlumata görə, zəlzələ nəticəsində 284 nəfər ölüb, 2323 nəfər yaralanıb.