Modern.az

Milli Şuranın tərkibi sabah Rəsulzadənin heykəli qarşısında elan ediləcək - AÇIQLAMA

Milli Şuranın tərkibi sabah Rəsulzadənin heykəli qarşısında elan ediləcək - AÇIQLAMA

27 May 2013, 16:23

 

Milli Şura və onun tərkibi  sabah Novxanıda, Məhəmməd Əmin Rəsulzadənin heykəli qarşısında təyin edilmiş anım mitinqində elan olunacaq. Modern.az saytının məlumatına görə, bu barədə AXCP mətbuat mərkəzinin rəhbəri Natiq Adilov bildirib.     AXCP rəsmisinin sözlərinə görə, 28 may Respublika Günü ilə bağlı Novxanıda bayram mitinqi keçiriləcək.

“Tarixin mahiyyətini dəyişəcək günün ərəfəsidir. Sabah Novxanıda Milli Şura elan olunacaq”-deyə N.Adilov qeyd edib.   Xatırladaq ki, məşhur kinodramaturq Rüstəm İbrahimbəyovun irəli sürdüyü Milli Şura ideyası uzun müzakirələrdən sonra aparıcı müxalifət partiyaları tərəfindən dəstəklənib.

Qurumun tam adı Demokratik Qüvvələrin Milli Şurası adlanacaq.

Bununla bağlı az öncə Müsavat Partiyasının sədri İsa Qəmbər, AXCP sədri Əli Kərimli və “El” hərəkatının İdarə Heyətinin sədri Eldar Namazov arasında görüş keçirilib.

Modern.az  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama