Modern.az

Putin Ərdoğana və Əsədə başsağlığı verdi

Putin Ərdoğana və Əsədə başsağlığı verdi

Dünya

6 Fevral 2023, 12:00

Rusiya prezidenti Vladimir Putin zəlzələ ilə bağlı Türkiyə və Suriya liderlərinə başsağlığı verib.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, o, zəlzələdən kədərləndiyini ifadə edib.

 

"Rusiya yardım göstərməyə və zəlzələnin fəsadlarının aradan qaldırılmasına kömək etməyə hazırdır", - deyə başsağlığı mətnində bildirilib.

 

Xatırladaq ki, gecə saatlarında Türkiyənin Kahramanmaraş bölgəsində 7,4 bal, Qaziantepdə isə 6,5-6,4 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət zamanı Malatya, Diyarbakır, Adana, Hatay, Kilis və Osmaniye vilayətlərində binalar dağılıb. Son məlumata görə,  zəlzələ nəticəsində 284 nəfər ölüb, 2323 nəfər yaralanıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər