Modern.az

Zəlzələ Azərbaycanda da hiss edilib

Zəlzələ Azərbaycanda da hiss edilib

Hadisə

6 Fevral 2023, 13:16

Türkiyədə baş verən zəlzələ Azərbaycanda da hiss olunub.

 

Modern.az xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.

 

Onun sözlərinə görə, zəlzələ Naxçıvan və Lənkəranda hiss edilib. Qurban Yetirmişli qeyd edib ki, məsafə uzaq olduğundan zəlzələnin təsiri az olub.

 

“Türkiyədə baş verən zəlzələnin episentri Kahramanmaraşdır. Davamiyyəti 9 dəqiqədən artıq olub. Bu, çox böyük göstəricidir”, - deyə baş direktor əlavə edib.

Sizə yeni x var
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!