Türkiyədə baş verən zəlzələdən sonra dünya liderlərinin başsağlığı mesajları davam edir.
Modern.az xəbər verir ki, Macarıstanın baş naziri Viktor Orban da tviter səhifəsində Türkiyəyə başsağlığı verib.
"Bugünkü faciəvi zəlzələnin ardından Rəcəb Tayyib Ərdoğana və Türkiyəyə xalqına başsağlığı diləyirəm. Qurbanların ailələri üçün dua edirik. Dövlət qurumlarına Türkiyəyə təcili şəkildə yardımın təmin olunması ilə bağlı göstəriş verdim", - deyə Orban yazıb.
Albaniyanın baş naziri Edi Rama da başsağlığı verib və Türkiyəyə yardım təklifi ilə çıxış edib.
Xatırladaq ki, gecə saatlarında Türkiyənin Kahramanmaraş bölgəsində 7,4 bal, Qaziantepdə isə 6,5-6,4 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət zamanı Malatya, Diyarbakır, Adana, Hatay, Kilis və Osmaniye vilayətlərində binalar dağılıb.