Modern.az

“Çempionat yağ və çörəkdirsə, kubok kremdir” – Kubok oyunu ərəfəsi

“Çempionat yağ və çörəkdirsə, kubok kremdir” – Kubok oyunu ərəfəsi

27 May 2013, 17:53


Bu gün Azərbaycan Kubokunun final oyunu baş tutacaq. Həlledici görüşdə “Nefçi” ilə “Xəzər Lənkəran komandaları üz-üzə gələcək. Modern.az oyun öncəsi komandaların uğurlarını təhlil edib.

    Bu mövsüm “Neftçi” komandası 32 oyuna 62 xal toplamaqla çempion olub. Lənkəran futbolçuları isə 32 oyuna 40 xal toplamaqla 9-cu yeri tutublar. Kubok oyununa qədər cənub təmsilçisi Kubok sevincini bir  dəfə yaşayıb, “Neftçi” isə 4 dəfə kuboku başı üstünə qaldırıb. Mövsümü ikinci altılığında başa vurmasına baxmayaraq, “Lənkəran” futbolçuları Avroliqada mübarizə aparacaqlar. Lakin mövsümü titulla başa vurmaq üçün bu oyun cənub təmsilçisinin son şansdır.  Bu qarşılaşma rəqiblər arasında 28-ci dueldir. İndiyədək baş tutan 27 görüşdə daha çox heç-heçə qeydə alınıb. Belə ki, bu matçların 11-də qalib müəyyənləşməyib. Komandalar isə hərəyə 8 dəfə qalib gəlməyi bacarıb. Bu matçlardakı top fərqində bakılılar hələlik öndədir – 28:25.

Rəşad Sadiqov (“Neftçi” klubunun kapitanı): “Düzü, şansların bərabər olduğunu düşünürəm. Çempionat oyunları ilə kubok oyunları tam fərqlidir. Çünki Kubok oyunu bir oyundan ibarətdir. Belə oyunlarda hər bir futbolçu toparlanıb qələbə qazanmaq gücündədir, əzmindədir. Zənnimcə, Lənkəran klubu elə də zəif komanda deyil. Düzdür, bu mövsüm ilk altılığa düşə bilmədi. Lakin “Xəzər” elə bir gücdədir ki, hər bir rəqibi məğlub etmək ixtiyarındadır. Final oyununa kim daha yaxşı hazırlaşacaq və daha çox diqqətli olacaq və qələbəni o qazanacaq.
Tahir Süleymanov (“Neftçi” klubunun vitse-prezidenti): “Finalda "Neftçi"nin öhdəsinə yalnız qələbə düşür. Bunu bütün göstəricilər deyir, boş-boşuna iddia eləmirəm. Finalda əzəli rəqiblə qarşılaşırıq, inanıram ki, azarkeş çox olacaq, oyunun baxımlı alınmasına məhz fanatlar əlavə rəng qatacaqlar. Hər halda "Xəzər Lənkəran"la oyundan başqa bu, bizim üçün finaldır və qələbə üçün lazım olan hazırlıqlar qaydasında gedib. "Neftçi" kuboku qazanmasa, onda futbolçularımız, elə şəxsən idarəçi kimi özüm də ən əvvəl məsuliyyəti üzərimə götürəcəyəm. Bu, ciddi məsuliyyətdir"
Con Toşakn (“Xəzər Lənkəran”ın baş məşqçi): “Çempionat yağ və çörəkdirsə, kubok kremdir. Finala çıxmışıqsa, bu, göstərdiyimiz bir möhtəşəm oyunun sayəsində olub. Bu da “Bakı” ilə Lənkərandakı cavab matçı idi. Belə götürəndə, bu mövsüm “Xəzər Lənkəran” üçün uğursuz oldu. Çünki çempionatda uğursuz çıxış etdik. Ancaq bu oyuna yaxşı hazırlaşmışıq və meydana qələbə üçün çıxacağıq. Mövsümün son oyununda irəliyə baxırıq. Möhtəşəm azarkeşlərimiz var və onlar üçün əlimizdən gələni etməliyik. Biz hər şeyi təhlil etmişik və finalda qalib gəlməyə çalışacağıq”.
Ağabala Ramazanov (“Xəzər Lənkəran” klubunun hücumçusu): “Hər iki komandanın şansları yaxşıdır. Ölüm-dirim oyunu olacaq. Bu matçın yeganə şansımız olduğunu bilirik. Məsuliyyəti yaxşı dərk edərək, ciddi hazırlaşırıq. İnşallah, qələbə qazanacağımıza inamımız böyükdür. Azarkeşlərimizə inanırıq. Bizim azarkeşlər üçün hər yer Lənkərandır.  Onların gücünə bələdik”.

Ramin Musayev (PFL prezidenti): “Mənsimov. “Xəzər Lənkəran”a yetərincə maliyyə ayrılır. Kuboku “Xəzər Lənkəran” alsa, bu, klub üçün bir stimuldur. Özüm isə köhnə “Neftçi”liyəm. Amma mən kim güclüdürsə, onun qalib gəlməsinin tərəfdarıyam”.  

 

ABBAS QULİYEV  

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama