Modern.az

Türkiyədə yenə zəlzələ oldu - bu dəfə 7.8 ballıq (VİDEO)

Türkiyədə yenə zəlzələ oldu - bu dəfə 7.8 ballıq (VİDEO)

6 Fevral 2023, 14:32

Bu gün yerli vaxtla saat 13:25 radələrində Türkiyədə yenidən şiddətli zəlzələ olub.

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, təkan ölkənin bir çox bölgəsində hiss edilib.

 

Episentri Kahramanmaraşın Elbistan bölgəsində olan zəlzələ 7.8 bal gücündə qeydə alınıb. Nəticədə 76 nəfər həyatını itirib. Zəlzələ Suriyanın Latakiya bölgəsində də hiss olunub.

 

Bundan əlavə, Adanada da 6.1 bal gücündə zəlzələ baş verib.

 

Xatırladaq ki, gecə saatlarında Türkiyənin Kahramanmaraş bölgəsində 7,4 bal, Qaziantepdə isə 6,5-6,4 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət zamanı Malatya, Diyarbakır, Adana, Hatay, Kilis və Osmaniye vilayətlərində binalar dağılıb.

 

Son məlumatlara görə, hadisə nəticəsində 912 nəfər həyatını itirib, 5385 nəfər isə yaralıdır. Habelə təbii fəlakət zamanı 2818 bina dağılıb.

 

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!