Modern.az

Şoyqu yardım üçün Akara zəng vurdu

Şoyqu yardım üçün Akara zəng vurdu

Dünya

6 Fevral 2023, 14:58

Türkiyənin milli müdafiə naziri Hulusi Akar və rusiyalı həmkarı Sergey Şoyqu arasında telefon danışığı olub.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya MN-in "Telegram" kanalında məlumat paylaşılıb.

 

"Fevralın 6-da Rusiya Federasiyasının müdafiə naziri, ordu generalı Sergey Şoyqu ilə Türkiyə Respublikasının müdafiə naziri Hulusi Akar arasında telefon danışığı olub. Sergey Şoyqu zəlzələ nəticəsində Türkiyə Respublikasında baş vermiş çoxsaylı insan tələfatı və dağıntılarla əlaqədar Hulusi Akara səmimi başsağlığı verib. Rusiya MN-İN rəhbəri zəlzələdən sonra türkiyəli həmkarına hərbi idarə vasitəsilə bütün lazımi yardımı, o cümlədən zərərçəkənlərə tibbi yardım göstərməyi təklif edib. Türkiyə Respublikasının müdafiə naziri Hulusi Akar öz növbəsində ordu generalı Sergey Şoyquya təklif etdiyi yardıma görə təşəkkür edib, yaxın vaxtlarda konkret təkliflər hazırlayacağını vəd edib. Söhbət Rusiya tərəfinin təşəbbüsü ilə baş tutub", - deyə məlumatda qeyd olunub.

 

Xatırladaq ki, gecə saatlarında Türkiyənin Kahramanmaraş bölgəsində 7,4 bal, Qaziantepdə isə 6,5-6,4 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət zamanı Malatya, Diyarbakır, Adana, Hatay, Kilis və Osmaniye vilayətlərində binalar dağılıb.

 

Son məlumatlara görə, hadisə nəticəsində 912 nəfər həyatını itirib, 5385 nəfər isə yaralıdır. Habelə təbii fəlakət zamanı 2818 bina dağılıb. Bundan sonra isə 7.8 bal gücündə daha bir zəlzələ olub və 76 nəfər həyatını itirib. Xeyli sayda yaralı var.

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər