Modern.az

Bakıda şirkət rəhbərinin zorlamalara görə öldürüldüyü bildirilir

Bakıda şirkət rəhbərinin zorlamalara görə öldürüldüyü bildirilir

27 May 2013, 19:29

Bakıda Bakı şəhər prokurorluğu paytaxtda törədilmiş qətl hadisəsi barədə məlumat yayıb.

Rəsmi məlumatda bildirilir ki, paytaxtın hüquq mühafizə orqanları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində daha bir qətlin üstü açılıb.

Belə ki, mayın 16-da Bakı şəhər sakini Həqzadə Mir Əli Vəkil Ağa oğluna Nəsimi rayonu ərazisində çoxsaylı bıçaq xəsarətləri yetirilməsi və  mayın 18-də aldığı xəsarətlərdən xəstəxanada ölməsi faktına görə Nəsimi rayon prokurorluğunda  Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Müəyyən edilib ki, M.Həqzadənin tanışı Aydın Rüstəmovla aralarında şəxsi münasibətlər zəminində yaranmış münaqişə ilə əlaqədar sonuncu qisas almaq məqsədi ilə onu qəsdən öldürmək qərarına gəlib. O, cinayətkar niyyətini həyata keçirmək üçün tanışı Şahvələd İmanovla cinayət əlaqəsinə girərək sonuncuya 70 min manat verəcəyini vəd etməklə M.Həqzadəni öldürməsini sifariş edib. Ş.İmanov aldığı sifariş əsasında mütəmadi olaraq M.Həqzadəni güdərək onun yaşadığı ünvanda müşahidələr aparmağa başlayıb və mayın 16-da sonuncu idarə etdiyi «Toyota Prado» markalı avtomobillə yaşadığı evin həyətinə gələrkən onun üzərinə hücum edərək üstündə gəzdirdiyi bıçaqla sifət, kürək və döş qəfəsi nahiyələrinə çoxsaylı xəsarətlər yetirərək hadisə yerindən qaçıb. Xəstəxanaya yerləşdirilən M.Həqzadəyə göstərilmiş tibbi yardıma baxmayaraq o, aldığı ağır bədən xəsarətlərindən orada ölüb.

Aparılan təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri  nəticəsində A.Rüstəmov və Ş.İmanov tutularaq istintaqa cəlb olunub, A.Rüstəmovun törətdiyi cinayət əməli Cinayət Məcəlləsinin 120.2.1-ci, Ş.İmanovun əməli isə həmin məcəllənin 120.2.1, 120.2.5, 120.2.10-cu maddələrinə tövsif edilərək, onlara qeyd olunan maddələrlə ittiham elan edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə istintaq davam etdirilir.

***
”Anspress” hadisə ilə əlavə məlumat yayıb. Bakıda amansızlıqla qətlə yetirilən şirkət rəhbərinin sifarişçisi ilə maraqlı məqamlar ortaya çıxıb. Hüquq mühafizə orqanlarındakı mənbənin məlumatına görə, bir neçə gün əvvəl öldürülən "Şəms" MMC-nin rəhbəri Mirəli Həqizadə onun qətlini sifariş verən keçmiş biznes ortağı Aydın Rüstəmovun qohumunu zorlayıbmış.

Məlumata görə, M.Həqizadə Bakı şəhərində bir neçə qızı zorlayıb. Onun barəsində zorlama maddəsi ilə cinayət işi də olub. Hətta onun zorladığı qızlardan birinin intihar etdiyi də bildirilir. Hətta qətlindən əvvəl M.Həqizadə tanışlarının yanında deyibmiş ki, bu əməllərinin üstündə bir gün onu öldürəcəklər.

Modern.az 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama