Modern.az

Putin İlham Əliyevi təbrik etdi

Putin İlham Əliyevi təbrik etdi

27 May 2013, 20:33

Rusiya prezidenti Vladimir Putin 28 May – Respublika Günü münasibətilə Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Putinin təbrik məktubunda qeyd olunur: 

“Hörmətli İlham Heydər oğlu! Sizi Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə ürəkdən təbrik edirəm.  Sizin ölkəniz sosial-iqtisadi, elmi-texniki və mədəni inkişaf yolunda sanballı uğurlar qazanıb. Azərbaycanın beynəlxalq məsələlərdə fəal rolu hamı tərəfindən qəbul edilib. Rusiya-Azərbaycan münasibətləri tarixən dostluq və mehriban qonşuluq ənənələrinə əsaslanır. Əminəm ki, birgə səylərimizlə konstruktiv siyasi dialoqun, müxtəlif sahələrdə praktiki əməkdaşlığın daha da genişlənməsini təmin edəcəyik. Şübhəsiz, bu, xalqlarımızın firavanlığına, həmçinin regional sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə şərait yaradacaq. Sizə möhkəm cansağlığı, xoşbəxtik və bütün işlərinizdə uğurlar, Azərbaycan Respublikasının vətəndaşlarına firavanlıq və rifah arzulayıram”.

Modern.az

 
Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama